Sərdar Arat: Türk Dünyası Notariat Birliyinin yaradılması ərəfəsindəyik

Sərdar Arat: Türk Dünyası Notariat Birliyinin yaradılması ərəfəsindəyik

Türk Dünyası Notariat Birliyinin yaradılması ərəfəsindəyik.

"Birxeber.Az" xəbər verir ki, bunu Türkiyə Notariuslar Birliyinin İdarə Heyətinin üzvü Sərdar Arat Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ – müasir çağırışlar” mövzusunda elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Notariat Birliyi müxtəlif beynəlxalq təşkilatların üzvüdür: "Türk Dünyası Notariatları Birliyi sosial-iqtisadi üfüqləri, həmrəyliyi özündə əks etdirən qardaşlıq nümunəsi olacaq".

S.Arat xatırladıb ki, birliyin yaradılması ilə bağlı ötən ilin oktyabrın 5-də anlaşma memorandumu imzalanıb.