Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

Ceyhun Bayramov qırğızıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Nazirlər qardaşlıq münasibətlərinin genişləndirilməsi, bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.