Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstana qalib gəlib

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstana qalib gəlib

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandaya yoldaşlıq görüşündə qalib gəlib.

Federasiyadan "Birxeber.Az"a verilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqibini məğlub edib.

Dörd partiya bərabərliklə yekunlaşıb, Ülviyyə Fətəliyeva isə görüşü qələbə ilə başa vurub. 3-cü tur millimizin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.

Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.