Gürcüstanda nazir istefa verib

Gürcüstanda nazir istefa verib

Gürcüstanın səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili vəzifəsini tərk edib.

“Birxeber.Az” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Z.Azaraşvili qərar qəbul etməzdən əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə danışıb.

“Hökumət başçısı yaxın günlərdə yeni səhiyyə nazirinin adını açıqlayacaq”, - məlumatda qeyd olunub.