Çində çoxmərtəbəli binada yanğın olub, 39 nəfər ölüb

Çində çoxmərtəbəli binada yanğın olub, 39 nəfər ölüb

Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, məlumatı “Kazinform” agentliyi yayıb.

Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.

Yanğın qurbanlarının artacağı ehtimal olunur.