Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis əvəzi təyin edilib

Naxçıvan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis əvəzi təyin edilib

Seymur Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.

Bu barədə "Birxeber.Az"un yerli bürosu xəbər verir.

S.Cəfərov bu təyinatadək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirliyində çalışıb. O, bu gün Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir çərçivəsində kollektivə və dövlət orqanlarının rəhbərlərinə təqdim olunub.

Qeyd edək ki, Dövlət Xidmətinin əvvəlki rəisi Bəxtiyar İsmayılov fevralın 29-da işdən çıxarılıb.