ADB digər maliyyə institutlarından kredit alan şirkətlərə zəmanət vermək istəyir

ADB digər maliyyə institutlarından kredit alan şirkətlərə zəmanət vermək istəyir

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda digər maliyyə institutlarından kredit alan şirkətlərə zəmanət vermək istəyir.

"Report" xəbər verir, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda ADB-nin İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov bildirib.

Onun sözlərinə görə, bununla bağlı təcrübələri var: "Biz iri şirkətlərə birbaşa kredit verməsək də, onların başqa maliyyə institutları qarşısındakı öhdəliklərinə zəmanət verə bilərik. Bu məhsulumuzdan ilk dəfə "Cənub Qaz Dəhlizi" QSC istifadə edib. Biz bu təcrübədən çıxış edərək digər şirkətlər üçün də onu tətbiq edə bilərik".

ADB rəsmisi əlavə edib ki, Azərbaycanda "yaşıl istiqraz"larla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır: "Dayanıqlı maliyyələşmənin bir növü "yaşıl", "sosial" və "dayanıqlı" istiqrazlardır. ABŞ-da bunların ümumi dəyəri 1 trilyon ABŞ dollarını keçib ki, onun da yarısı "yaşıl" istiqrazlardır. Regionda biz bunu Gürcüstanda tətbiq etmişik. Hazırda Azərbaycanda bu sahədə bir neçə şirkətlə müzakirələr aparırıq".

Onun sözlərinə görə, bəzi şirkətlərin məlumatsızlığı onların layihələrinə səhv diaqnoz qoyulmasına şərait yaradır: "Bir sıra şirkətlər layihələrinin "yaşıl" olmasını istəyirlər. Amma bu, nə bizdən, nə də o şirkətdən asılıdır. Bu, 3-cü tərəflərə bağlı məsələdir. Elə vaxt olur ki, şirkətin istehsal etdiyi məhsul "yaşıl" maliyyəyə uyğun gəlir, amma onun istifadə etdiyi xammal zərərli olduğu üçün "yaşıl" maliyyələşmənin qarşısını alır. Bütün bunlar meyarlara uyğun müəyyən edilir.

Biz bəzən şirkətlərin istehsal sahələrinə səfər edirik. Təəssüf hissi ilə demək istəyirəm ki, şirkətlər öz hesabına layihəni həyata keçirir və həmin layihə Beynəlxalq Kapital Bazarları Assosiasiyasının tələblərinə uyğun olaraq "yaşıl" maliyyəyə düşür. Sadəcə, ya məlumatın azlığı, ya da şirkətə əlavə maliyyənin lazım olmaması səbəbindən layihə uyğun adlandırılmır".

Maliyyə Maliyyə
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 % artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 17 % artıb

Maliyyə Maliyyə
ADIF-in və "Dəmir Bank"ın əmlakları hərraca çıxarılır

ADIF-in və "Dəmir Bank"ın əmlakları hərraca çıxarılır

Maliyyə Maliyyə
EBRD üzv ölkələrində davamlılığa sərmayələrin qoyulması məsələsini müzakirə edəcək

EBRD üzv ölkələrində davamlılığa sərmayələrin qoyulması məsələsini müzakirə edəcək

Maliyyə Maliyyə
Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb

Maliyyə Maliyyə
Xarici valyutada olan qiymətli kağızlarla bağlı tələblər dəyişdirilib

Xarici valyutada olan qiymətli kağızlarla bağlı tələblər dəyişdirilib

Maliyyə Maliyyə
Nazir: “İnvestisiya Holdinqinin müəssisələri gəlirini 54 % artırıb”

Nazir: “İnvestisiya Holdinqinin müəssisələri gəlirini 54 % artırıb”

Maliyyə Maliyyə
"Aqrarkredit" BOKT-un nizamnamə kapitalı 2 dəfə artırılıb

"Aqrarkredit" BOKT-un nizamnamə kapitalı 2 dəfə artırılıb

Maliyyə Maliyyə
“Qala Sığorta”ya təkrarsığorta lisenziyası verilib

“Qala Sığorta”ya təkrarsığorta lisenziyası verilib

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.05.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.05.2023)

Maliyyə Maliyyə
DOST agentliyi auditor seçib

DOST agentliyi auditor seçib

Maliyyə Maliyyə
“Bloomberg”: "ECB depozit dərəcəsini 3 %-ə endirəcək"

“Bloomberg”: "ECB depozit dərəcəsini 3 %-ə endirəcək"

Maliyyə Maliyyə
Bakı metrosu ötən il 52 milyon manat subsidiya alıb

Bakı metrosu ötən il 52 milyon manat subsidiya alıb