AFFA və UEFA-nın “Elite Club Programme” təhsil layihəsinə yekun vurulub

AFFA və UEFA-nın “Elite Club Programme” təhsil layihəsinə yekun vurulub

AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “Elite Club Programme” təhsil layihəsinin üçüncü – sonuncu sessiyasına yekun vurulub.

“Report” xəbər verir ki, AFFA-nın, Peşəkar Futbol Liqasının və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələrinin qatıldığı seminarda iştirakçılar klub idarəetmə sisteminə aid müxtəlif mövzularda müzakirələr aparıb, təcrübələrini bölüşüblər.

Seminarın son günündə iştirakçılara sertifikatlar verilib. Sertifikatları AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.