Kadri Simson: “EBRD SGC boyunca infrastrukturun təkmilləşdirilməsində iştirak edə bilər"

Kadri Simson: “EBRD SGC boyunca infrastrukturun təkmilləşdirilməsində iştirak edə bilər"

Masada hazır və aydın layihə olduqda Avropa İnkişaf və Yenidənqurma Bankı (EBRD) Cənub Qaz Dəhlizi boyunca orta səviyyəli infrastrukturun təkmilləşdirilməsində iştirak edə bilər.

Bunu “Birxeber.Az”a müsahibəsində Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

O bildirib ki, Məşvərət Şurasının iclasında Cənub Qaz Dəhlizi (SGC) boyunca zəruri infrastrukturun modernizasiyasını müzakirə etmək üçün fürsət olacaq: “Bu, həm də Paris Sazişi üzrə öhdəlikləri və metan sızmasının aradan qaldırılması planlarını diqqətdə saxlamaqla həyata keçirilməlidir. Bütün hallarda investisiya qərarları Avropa Komissiyası deyil, layihə sahibləri tərəfindən veriləcək”.

K. Simson xatırladıb ki, Azərbaycanın təbii qazının Avropa bazarına tədarükü 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2023-cü ildə 11,4 milyard kubmetrə yüksəlib və hər iki tərəf 2022-ci ildə imzalanan Anlaşma Memorandumunda göstərildiyi kimi, 2027-ci ilədək ikitərəfli ticarəti ildə 20 milyard kubmetrə çatdırmaq öhdəliyi götürüb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.