Ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlayıb.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub.