Rusiyanın “IrAero” şirkəti aprelin 2-dən Omskdan Bakıya uçuşlara başlayacaq

Rusiyanın “IrAero” şirkəti aprelin 2-dən Omskdan Bakıya uçuşlara başlayacaq

Rusiyanın “IrAero” aviaşirkəti aprelin 2-dən Omsk-Bakı reysinə başlayacaq.

“Birxeber.Az”un məlumatına görə, bu barədə TASS-a Omsk hava limanının mətbuat xidmətindən məlumat verilib.

“IrAero” aviaşirkəti Omsk-Bakı reysinə biletlərin satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də həyata keçiriləcək. Uçuş proqramı oktyabrın 22-dək açıqlanmışdı.

Qeyd edilib ki, bu şəhərlər arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib.

Uçuşlar həftədə bir dəfə “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə çərşənbə axşamı saat 02:50-də Omska çatacaq və yerli vaxtla saat 04:00 radələrində əks istiqamətə yola düşəcək.

Səyahət vaxtı üç saat yarımdır.