Alimlər dünyada nə qədər insanın piylənmədən əziyyət çəkdiyini hesablayıblar

Alimlər dünyada nə qədər insanın piylənmədən əziyyət çəkdiyini hesablayıblar

1 500-dən çox alimdən ibarət beynəlxalq qrup müəyyən edib ki, bütün dünyada piylənmədən əziyyət çəkən uşaq, yeniyetmə və böyüklərin ümumi sayı 1 milyardı keçib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Lancet” elmi jurnalında dərc olunan analitik hesabatda deyilir.

Araşdırmaya görə, 1990-cı ildən 2022-ci ilə qədər uşaqlar və yeniyetmələr arasında qlobal piylənmə göstəriciləri dörd dəfə artıb.

Yetkinlər arasında piylənmə nisbəti qadınlarda iki dəfədən çox, kişilərdə isə təxminən üç dəfə artıb. 2022-ci ildə ümumilikdə 159 milyon uşaq və yeniyetmə və 879 milyon böyük (504 milyon qadın və 374 milyon kişi) piylənmə ilə yaşayır.

2022-ci ildə çəkidən azlıq və piylənmənin ən yüksək birləşdiyi ölkələr Sakit okean və Karib hövzəsi ölkələri, həmçinin Yaxın Şərq və Şimali Afrika olub.

“1990-cı ildə dünyanın əksər ölkələrində böyüklər arasında müşahidə olunan piylənmə epidemiyasının indi məktəb yaşlı uşaqlara və yeniyetmələrə təsir etməsi çox narahatedicidir. Eyni zamanda, yüz milyonlarla insan hələ də qida çatışmazlığından əziyyət çəkir, xüsusən də dünyanın ən kasıb yerlərində.

Sağlam qidaya çıxış imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, qida çatışmazlığının hər iki forması ilə uğurla mübarizə aparmaq həyati əhəmiyyət kəsb edir”, - London İmperial Kollecindən professor Məcid Ezzati bildirib.