Bakıda 26 yaşlı gənc oğlanı avtomobil vurub 

Bakıda 26 yaşlı gənc oğlanı avtomobil vurub 

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Həsənov Xeyrilla İbadulla oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.