Argentinanın keçmiş prezidenti mənimsəmədə şübhəli bilinir

Argentinanın keçmiş prezidenti mənimsəmədə şübhəli bilinir

Prokuror Ramiro Qonsales Argentinanın keçmiş prezidenti Alberto Fernandes haqqında dövlət vəsaitlərinin mənimsənilməsində şübhəli bilərək istintaqa başlayıb.

“Report” xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Qonsales, Fernandesin Argentina prezidenti olduğu 2021-ci ildən 2023-cü ilə qədər olan dövrdə pensiyaçıların dövlət vəsaiti ilə sığortalanmasında hər hansı pozuntunun olub-olmadığını müəyyənləşdirməli olacaq.

Bundan əvvəl “Clarin” qəzeti sığortanın Fernandesin katibinin ərinin də iştirak etdiyi şübhəli sxem vasitəsilə həyata keçirildiyini iddia edən məqalə dərc etmişdi. Əməliyyatların ümumi dəyəri ildə 20 milyard peso (23 milyon dollar) olaraq qiymətləndirilir.

Keçmiş dövlət başçısı bütün iddiaları rədd edərək deyib: “Mən heç nə oğurlamadım, heç bir razılaşmada iştirak etmədim və heç bir icazə vermədim”.