İrlandiya prezidenti xəstəxanaya yerləşdirilib

İrlandiya prezidenti xəstəxanaya yerləşdirilib

İrlandiya prezidenti Maykl Higgins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “RTE” telekanalı məlumat yayıb.

Əvvəlcə Dublindəki “Phoenix Park”dakı prezident iqamətgahında həkimlər 82 yaşlı dövlət başçısını müayinə ediblər. İlk müayinə heç bir narahatlıq yaratmasa da, Higgins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib. Onun səhhəti ilə bağlı daha sonra açıqlama veriləcək.

Telekanal dövlət başçısının ofisinin bəyanatına istinadən xəbər verir ki, orada bir gecədə xəstəxanada qalacaq prezidentin əhval-ruhiyyəsi əladır və ona göstərilən qayğıya görə tibb işçilərinə təşəkkür edib.