İsrail hərbçiləri Qəzzada 13 mindən çox silahlı radikalı məhv edib

İsrail hərbçiləri Qəzzada 13 mindən çox silahlı radikalı məhv edib

Qəzza zolağında əməliyyat başlayandan bəri İsrail hərbçiləri 13 mindən çox silahlı fələstinli radikalı məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

“Qəzza zolağında İsrail qüvvələri fəaliyyət göstərir və zolağın bütün hissələrində əməliyyat həyata keçirir. Son 10 gündə Qəzzada 450-dən çox terrorçunu məhv etdik. Ümumilikdə, hərbi əməliyyatlar başlayandan indiyədək biz 13 mindən çox terrorçunu məhv etmişik”, - deyə o bildirib.