Rusiya MN: İl-76 təyyarəsi Xarkov vilayətindən atılan raketlə vurulub

Rusiya MN: İl-76 təyyarəsi Xarkov vilayətindən atılan raketlə vurulub

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna silahlı qüvvələri tərəfindən Xarkov vilayəti ərazisindən vurulduğunu açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya MN-nin məlumatında təyarənin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Liptsi yaşayış məntəqəsində yerləşən zenit-raket sistemindən istifadə edilərək vurulduğu qeyd olunub.

Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub. Onların hamısının həlak olduğu bildirilib.