Lənkərandakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Lənkərandakı yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub  - FOTO - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəzada Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev hadisə yerində ölüb.

Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ü.Əzizlinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

***

Saat 22:16

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralının 214-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ölüb.

İki sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.