Tbilisi Sakrebulosu yazıçı Rafiq Hümbəti təltif edib

Tbilisi Sakrebulosu yazıçı Rafiq Hümbəti təltif edib

Tbilisi Sakrebulosu yazıçı Rafiq Hümbəti təltif edib.

"Report"un yerli bürosu xəbər verir ki, mükafatlandırma Tbilisi Sakrebulosunun Təhsil və Mədəniyyət Komissiyasının və Dövlət Dili Departamentinin təşəbbüsü və Sakrebuloda Etnik Azlıqlar Şurasının dəstəyi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə baş tutub.

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir çərçivəsində 15 alim və incəsənət xadimi mükafatlandırılıb. Onlar arasında yazıçı Rafiq Hümbət də yer alıb.