Gəncədə yük maşınının vurduğu 64 yaşlı qadın xəstəxanada vəfat edib - YENİLƏNİB

Gəncədə yük maşınının vurduğu 64 yaşlı qadın xəstəxanada vəfat edib - YENİLƏNİB

Gəncədə yük maşınının vurduğu 64 yaşlı qadın xəstəxanada vəfat edib.

Bu barədə "Report"un Qərb bürosu xəbər verir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

19:11

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

Qadın ağır xəsarətlər alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.