COP29: Azərbaycan-BMT iqlim dəyişikliyinə qarşı maliyyənin genişləndirilməsi müzakirə edilib

COP29: Azərbaycan-BMT iqlim dəyişikliyinə qarşı maliyyənin genişləndirilməsi müzakirə edilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Proqramı üzrə icraçı direktoru İnger Andersenlə görüşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə COP29-un X hesabında paylaşım edilib.

Plastik tullantılarla çirklənmənin azaldılmasından iqlim dəyişikliyinə qarşı maliyyənin genişləndirilməsinə qədər əməkdaşlıq məslələri müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan ikitərəfli təşəbbüslər çərçivəsində BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.