COP29-un prezidenti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında çıxış edib

COP29-un prezidenti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında çıxış edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı sessiyasında (UNEA-6) çıxış edib.

Bu barədə “Birxeber.Az” COP-29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsinə istinadən xəbər verir.

“COP29-un prezidenti Muxtar Babayev və komandası Nayrobidə keçirilən UNEA-6-da 179 ölkədən olan yüksək çinli qonaqlara qatılıb. Muxtar Babayev bəyanatında iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş çoxtərəfli səyləri vurğulayıb və Azərbaycanın Tərəflərin Konfransının uğurlu və konstruktiv keçirilməsinə sadiq olduğunu qeyd edib”, - paylaşımda deyilir.

Qeyd edək ki, UNEA-6 26 fevral - 1 mart tarixləri aralığında BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki (Keniya) baş qərargahında keçirilir.