Almaniyadakı səfirlik vətəndaşlarımızın sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır

Almaniyadakı səfirlik vətəndaşlarımızın sıx yaşadığı şəhərlərdə pasportların rəsmiləşdirilməsinə başlayır

Azərbaycanın Almaniyadakı səfirliyi ilk dəfə vətəndaşlarımızın sıx yaşadığı böyük şəhərlərdə səyyar konsulluq xidməti vasitəsilə ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsinə başlayır.

"Report" xəbər verir ki, ilk belə xidmət martın 9-da Köln şəhərində göstəriləcək.

Növbəti aylarda digər böyük şəhərlər də əhatə olunacaq. Məqsəd bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ xidmət göstərməkdir.