Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

"Rəqibin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək".

"Birxeber.Az"un məlumatına görə, bunu Moldova millisinin baş məşqçisi Sergey Kleşenko evdə Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, iki kollektiv arasında elə də böyük fərq yoxdur: "Bu oyunlar həm seçim, həm də nəzarət xarakteri daşıyır. Sabah meydana gənc futbolçular da çıxacaqlar. Düşünürəm ki, ehtiyat qüvvənin də nə dərəcədə hazır olduğunu yoxlamaq lazımdır".

O, start heyətini, demək olar ki, müəyyənləşdirdiyini söyləyib: "Heç vaxt oyun gününə qədər qərar qəbul etmirəm. Hamı sağlam olsa, start heyətlə bağlı fikrim dəyişməyəcək. Meydana maksimum döyüşkən heyət buraxacağıq".

Baş məşqçi Maksim Kojokar və Vyaçeslav Posmakla yanaşı, Artur Kraçunla Yon Nikolaeskunun də Azərbaycana millisinə qarşı oynamayacağını vurğulayıb: "Kraçunun zədə aldığını bilirdik, sadəcə, yerində yoxlanılmasını istədik. Məlum oldu ki, qarşıdakı matçlara iştirak edə bilməyəcək. Nikolaeskuya gəlincə, həkimlər oynamağına icazə vermirlər. Yenidən zədələnmə ehtimalı yüksəkdir. Onun sağlamlığını riskə atmayacağıq. Başqa çıxış yolları axtaracağıq".

Kleşenko seçmə mərhələyə hazırlıq baxımından Azərbaycan yığmasının rəqib seçilməsinə də toxunub: "Yoldaşlıq oyunları üçün seçim imkanımız az idi. Rumıniya yığması ilə görüş əvvəldən planlaşdırılmışdı. Ona görə də ikinci rəqib axtarırdıq və biz Azərbaycan millisi ilə razılığa gələ bildik".

Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Futbol Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

"Şamaxı" klubu daha bir futbolçusu ilə vidalaşıb

Futbol Futbol
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: CAR yenə böyük hesabla məğlub olub - YENİLƏNİB-2

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: CAR yenə böyük hesabla məğlub olub - YENİLƏNİB-2

Futbol Futbol
Böyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazanıb

Böyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazanıb

Futbol Futbol
Kərim Benzema "Real Madrid"lə müqaviləsini uzadıb

Kərim Benzema "Real Madrid"lə müqaviləsini uzadıb

Futbol Futbol
"Neftçi"dən FIFA-ya şikayət etmiş futbolçu yeni klubundan da göndərilib

"Neftçi"dən FIFA-ya şikayət etmiş futbolçu yeni klubundan da göndərilib

Futbol Futbol
"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - VİDEO

"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib - VİDEO

Futbol Futbol
Avropada mövsüm ərzində ən çox baş məşqçi dəyişikliyi olan çempionatlar – SİYAHI

Avropada mövsüm ərzində ən çox baş məşqçi dəyişikliyi olan çempionatlar – SİYAHI

Futbol Futbol
Səudiyyə Ərəbistanı klubu Messiyə 94 milyonluq müqavilə təklif edir

Səudiyyə Ərəbistanı klubu Messiyə 94 milyonluq müqavilə təklif edir

Futbol Futbol
Premyer Liqa: "Kəpəz" 6 ildən sonra ardıcıl iki qələbə qazanıb

Premyer Liqa: "Kəpəz" 6 ildən sonra ardıcıl iki qələbə qazanıb

Futbol Futbol
Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Qurban Qurbanov: "Meydanda əsl futbol var idi"

Futbol Futbol
Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Braziliya klubu Ronaldunu transfer etmək istəyir

Futbol Futbol
AVRO-2024: Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb

AVRO-2024: Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb