Almaniyada dron hissələrini Rusiyaya satan iş adamının həbsinin müddəti uzadılıb

Almaniyada dron hissələrini Rusiyaya satan iş adamının həbsinin müddəti uzadılıb

Almaniya hökumətinin xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda ittiham etdiyi Rusiya əsilli alman iş adamının həbsinin müddəti uzadılacaq.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Federal Məhkəmə Palatasə yayıb.

Saar federal əyalətində iki şirkəti idarə edən sahibkar Rusiya ordusunun Ukraynada istifadə etdiyi “Orlan-10” pilotsuz uçuş aparatları da daxil olmaqla, hərbi texnika istehsal edən Rusiya müəssisəsini elektron komponentlərlə təchiz etməkdə ittiham olunur.