Azərbaycan lideri: "Zəngəzur dəhlizi açılmalıdır"

Azərbaycan lideri: "Zəngəzur dəhlizi açılmalıdır"

"Zəngəzur dəhlizi açılmalıdır".

“Birxeber” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.

"Zəngəzur üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Ümid edirəm ki, yaxın gələcəkdə təməlqoyma mərasimi də keçirilə bilər və beləliklə, yeni beynəlxalq nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu gün həm limana, həm dəmir yollarına, həm hava limanlarına, avtomobil yollarına və digər infrastruktura bu böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi. Ancaq, əksinə, biz bu gün öz nəqliyyat infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri, tankerlər inşa edilir. Yəni, bütün bunlar vaxtında atılmış addımlardır. Əgər biz gəmiqayırma zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan istifadə edə bilməzdik. İndi isə biz heç kimdən asılı deyilik. Nə qədər istəsək, o qədər də bərə, tanker, yük gəmisi inşa edə bilərik və Xəzər üzərindən yükdaşımaların həcmini bu il artıracağıq və gələn il daha da artıracağıq.

Onu da bildirməliyəm ki, 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq hazırdır. Yəni, biz sürətlə gedirik. Dörd və altı zolaqlı avtomobil yolu da çəkilir.

Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar", - Prezident İlham Əliyev qeyd edib.

Daxili siyasət Daxili siyasət
"Regionda bütün şərtləri qalib Azərbaycan diqtə edir" - RƏY

"Regionda bütün şərtləri qalib Azərbaycan diqtə edir" - RƏY

Daxili siyasət Daxili siyasət
İlham Əliyev və Mehriban Əliyeva Xocavənd və Füzuli rayonlarına səfər ediblər - YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva Xocavənd və Füzuli rayonlarına səfər ediblər - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
TƏBİB-in İcraçı direktorunun vəzifələri müəyyənləşib

TƏBİB-in İcraçı direktorunun vəzifələri müəyyənləşib

Daxili siyasət Daxili siyasət
İsrail səfirliyi Azərbaycanı təbrik edib

İsrail səfirliyi Azərbaycanı təbrik edib

Daxili siyasət Daxili siyasət
Heydər Əliyevin yubileyi münasibətilə baş tutan intellektual yarışın final mərhələsi keçirilib

Heydər Əliyevin yubileyi münasibətilə baş tutan intellektual yarışın final mərhələsi keçirilib

Daxili siyasət Daxili siyasət
Prezident: “Biz ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq”

Prezident: “Biz ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olmuşuq”

Daxili siyasət Daxili siyasət
Bakıda hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb

Bakıda hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb

Daxili siyasət Daxili siyasət
Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına üzv qəbul olunub

Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına üzv qəbul olunub

Daxili siyasət Daxili siyasət
Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Vüqar Rəhimzadə: "Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi"

Daxili siyasət Daxili siyasət
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib

Daxili siyasət Daxili siyasət
Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Daxili siyasət Daxili siyasət
Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir”

Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir”