Spiker: Ermənistanın İttifaq Dövlətinə daxil edilməsi planı iflasa uğrayıb

Spiker: Ermənistanın İttifaq Dövlətinə daxil edilməsi planı iflasa uğrayıb

“Erməni xalqı 2021-ci ildə öz seçimi ilə Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə daxil edilməsi üçün böyük geosiyasi planı iflasa uğradıb”.

Birxeber.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

O, Rusiya və KTMT-nın Ermənistana kömək etmədiyini, öz öhdəliklərindən imtina etdiyini deyib.