İsmayıllıda avtomat aşkarlanıb

İsmayıllıda avtomat aşkarlanıb

İsmayıllıda avtomat aşkarlanıb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan "Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.