Daxili dövlət borcunun 59%-i dövlət zəmanətli öhdəliklərin payına düşüb

Daxili dövlət borcunun 59%-i dövlət zəmanətli öhdəliklərin payına düşüb

1 yanvar 2024-cü il tarixi vəziyyətinə daxili dövlət borcu 15.866,4 milyon manat və ya 2023-cü il üzrə 123.005,5 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 12,9 faizini təşkil edib.

Bu barədə "Birxeber.Az-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir.

1 yanvar 2024-cü il tarixinə daxili dövlət borcunun 6.339,9 milyon manatı (40%-i) dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9.351,0 milyon manatı (58.9%-i) isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.