Prezident: "Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək"

Prezident: "Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək"

"Avtomobil yollarının çəkilişinə gəldikdə, bu il Naftalandan Talış kəndinə qədər yollar tam istismara verilməlidir. Bu, eyni zamanda, Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə çevrilib və Suqovuşana oradan məsafə çox qısadır. Suqovuşanda da turizm imkanları bu yaxınlarda təqdim edildi - həm turizm, həm yaşayış, həm idman. Yəni, bu yolun çox böyük əhəmiyyəti var və biz Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər istiqamətindən rahatlıqla gedə biləcəyik. Ona görə bu il bu yol istismara verilməlidir".

“Birxeber” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.

"Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti var və biz bunu artıq bu il istismara verməliyik. Bu il istifadəyə veriləcək yolların arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi yolu və digər yollar var. O cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib", - dövlət başçısı əlavə edib.

İnfrastruktur İnfrastruktur
Qazaxıstan və Azərbaycan dəmir yolları arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Qazaxıstan və Azərbaycan dəmir yolları arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb

İnfrastruktur İnfrastruktur
Azərbaycanda su təchizatı xidmətləri: İnfrastruktur quruculuğundan institusional quruculuğa

Azərbaycanda su təchizatı xidmətləri: İnfrastruktur quruculuğundan institusional quruculuğa

İnfrastruktur İnfrastruktur
Pirallahıda 3 küçə təmir edilib

Pirallahıda 3 küçə təmir edilib

İnfrastruktur İnfrastruktur
Dövlət başçısı: "Şuşanın tarixi simasını bərpa etməliyik"

Dövlət başçısı: "Şuşanın tarixi simasını bərpa etməliyik"

İnfrastruktur İnfrastruktur
Qəbələdə Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb

Qəbələdə Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasına başlanılıb

İnfrastruktur İnfrastruktur
İki qəsəbədə suyun verilməsində fasilə yaranacaq

İki qəsəbədə suyun verilməsində fasilə yaranacaq

İnfrastruktur İnfrastruktur
"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

İnfrastruktur İnfrastruktur
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

İnfrastruktur İnfrastruktur
İlham Əliyev: "Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir"

İlham Əliyev: "Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir"

İnfrastruktur İnfrastruktur
Azad edilmiş ərazilərdə 3 su anbarının təmir-bərpası üçün layihə sənədləri hazırlanıb

Azad edilmiş ərazilərdə 3 su anbarının təmir-bərpası üçün layihə sənədləri hazırlanıb

İnfrastruktur İnfrastruktur
Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur

Bərdə-Ağdam dəmir yolu xəttində keçidlərin tikintisi nəzərdə tutulur

İnfrastruktur İnfrastruktur
Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qəbul edilə bilər

Azərbaycanda "İstilik təchizatı haqqında" qanun qəbul edilə bilər