"Azərbaycan Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirib" - RƏY

"Azərbaycan Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirib" - RƏY

"Azərbaycan Mərkəzi və Şərqi Avropada mövqelərini gücləndirib".

"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov deyib.

O qeyd edib ki, Azərbaycanın düşünülmüş rasional siyasi kursu bu gün rəsmi Bakını Qərbdə və Şərqdə aparıcı mövqelərə gətirib: "Prezident İlham Əliyevin Bolqarıstan və Çexiyaya səfərləri, ardınca Gürcüstan və Mərkəzi Asiyada verdiyi bəyanatlar, dövlət başçımıza olan ehtiram Azərbaycanın dünyəvi gücünün göstəricisidir. Bu baxımdan İlham Əliyevin Albaniya səfəri bizim üçün müstəsna əhəmiyyətə malikdir".

Ekspert bildirib ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasətinin vacib istiqamətlərindən biridir: "Albaniyaya səfər ilk olduğundan bunun mühüm tarixi və siyasi əhəmiyyəti mövcuddur. Səfərin məqsədi ölkələr arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Azərbaycan Prezidenti İlham Əliyev albaniyalı həmkarı Bayram Beqay və bu ölkənin Baş naziri Edi Rama ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər barədə vacib müzakirələr aparılıb. Albaniya və Azərbaycan geostrateji mövqelərinə görə də Qərbdə maraqla qarşılanan ölkələr hesab edilir”.

T.İsmayılov xatırladıb ki, Azərbaycanla Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub: “Gələn il bu əlaqələrin 30-cu ildönümü qeyd olunacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Albaniya hökumət başçısının Azərbaycana daimi səfərləri gerçəkləşdirilib. Belə ki, Albaniyanın dövlət başçıları ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər ki, bu, kifayət qədər önəmli göstəricidir".

Onun fikrincə, Albaniyanın Baş naziri Edi Rama bu il aprelin 14-də Bakıda Qlobal Forumda vacib mesajlar verib. Hökumət başçısı Albaniyanın ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəklədiyini səylədi, bu siyasətin davam edəcəyini, həmçinin Azərbaycanın sülh təşəbbüslərini dəstəklədiyini vurğuladı.

"Bu gün Trans Adriatik Boru Kəməri (TAP) layihəsi Albaniya da daxil olmaqla bir çox ölkələr üçün yeni enerji nəfəsliyidir. Azərbaycan rəhbərliyi rəsmi Tirana ilə əlaqələrə hər zaman yüksək dəyər verib. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin aprel ayında səsləndirdiyi fikirlər xüsusilə vacibdir. Prezident vurğuladı ki, İkinci Qarabağ müharibəsində Albaniya Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edib", - T.İsmayılov bildirib.

O qeyd edib ki, TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Siyasi icmalçı deyib ki, layihə həmçinin, Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edir: "Ona görə də Albaniya cəmiyyətində və siyasi fikrində TAP-a böyük dəyər verilir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 mln. ABŞ dolları, ixracın həcmi 4,29 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 3,63 mln. ABŞ dolları kimi dəyərləndirilir".

Politoloq bildirib ki, Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu platformada da anti-azərbaycan qüvvələrə qarşı yanımızda yer alan dost ölkələrdəndir.

Xarici siyasət Xarici siyasət
XİN: "Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır"

XİN: "Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır"

Xarici siyasət Xarici siyasət
Britaniyanın ölkəmizdəki səfiri Xocalı faciəsinin qurbanlarını yad edib

Britaniyanın ölkəmizdəki səfiri Xocalı faciəsinin qurbanlarını yad edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib

Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib

Xarici siyasət Xarici siyasət
Bakıda Aİ Nümayəndəliyinin 15 illiyi münasibətilə konsert təşkil edilib

Bakıda Aİ Nümayəndəliyinin 15 illiyi münasibətilə konsert təşkil edilib

Xarici siyasət Xarici siyasət
İşçi qrupun üzvü: "İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir"

İşçi qrupun üzvü: "İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir"

Xarici siyasət Xarici siyasət
Azərbaycanın XİN rəhbəri ATƏT-in Daimi Şurasının xüsusi iclasında postmünaqişə dövründəki səylərdən danışıb - YENİLƏNİB

Azərbaycanın XİN rəhbəri ATƏT-in Daimi Şurasının xüsusi iclasında postmünaqişə dövründəki səylərdən danışıb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər"

Prezident: "Azərbaycan və Qazaxıstan bir-birinə səmimi, qardaşcasına münasibət bəsləyirlər"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Koreya Respublikasına başsağlığı verib

Azərbaycan XİN Koreya Respublikasına başsağlığı verib

Xarici siyasət Xarici siyasət
XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir"

XİN: “Ermənistan BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi alətə çevirməyə cəhd göstərir"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: “Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması barədə iddialar əsassızdır”

Ceyhun Bayramov: “Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması barədə iddialar əsassızdır”

Xarici siyasət Xarici siyasət
Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib

Özbəkistan Prezidenti şəhidlərin xatirəsini ehtiramla yad edib