Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il yanvarın 1-nə 15 milyard 866,4 milyon manat təşkil etmiş daxili dövlət borcunu əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib.

"Birxeber.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə daxili dövlət borcunun 18,5 %-i 1 illik, 66 %-i 23 illik, 15,6 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Bu il yanvarın 1-nə daxili dövlət borcunun 6 milyard 339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9 milyard 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.

Hesabat dövrünə dövriyyədə olan 6 milyard 339,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,72 təşkil edib. Strategiyaya uyğun olaraq, dövlət istiqrazlarının müddətinin mərhələli şəkildə uzadılması məqsədilə orta və uzunmüddətli dövlət istiqrazlarının həcminin artırılması Orta Ödəmə Müddətinin artmasına səbəb olub.