Azərbaycanın dövriyyədə ümumi dəyəri 2 milyard dollardan çox olan avrobondları var

Azərbaycanın dövriyyədə ümumi dəyəri 2 milyard dollardan çox olan avrobondları var

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 35,4 %-ni və ya 2 milyard 287,3 milyon ABŞ dollarını beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 900 milyon ABŞ dollarının (kupon ödənişləri 4,75 %) ödəniş müddəti 2024-cü ildə, 310,7 milyon ABŞ dollarının (kupon ödənişləri 5,125 %) ödəniş müddəti 2029-cu ildə başa çatacaq, 1 milyard 76,6 milyon ABŞ dollarının (kupon ödənişləri 3,5 %) ödəniş müddəti isə 2032-ci ildə başa çatacaq.