İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

"Birxeber.Az" nazirliyə istinadən xəbər verir ki, Sabirabad şəhərində keçirilən qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.