UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşıb

UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşıb

UEFA Avropa Liqasının rəsmi "X" hesabı "Qarabağ"la bağlı paylaşım edib.

"Report" xəbər verir ki, Avropa futbol qurumu "köhlən atlar"ın turnirin pley-off mərhələsinin cavab matçında Portuqaliyanın "Braqa" komandasına vurduğu qolu paylaşıb.

Mateus Silvanın rəqib qapısından keçirdiyi top fərqləndirilib.

Xatırladaq ki, səfərdə "Braqa"ya qalib gələn (4:2) "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub olsa (2:3) da, 1/8 finala yüksəlib. Ağdam təmsilçisi bu raundda Almaniyanın "Bayer 04" klubu ilə üz-üzə gələcək.