Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda konfrans olacaq

Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda konfrans olacaq

Bu il oktyabrın 10-da Bakıda "Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

“Birxeber.Az” bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istunadən xəbər verir.

Məlumata görə, konfrans çərçivəsində Azərbaycan və digər türkdilli ölkələrin qədim qala şəhəri və qoruqlarındakı tarixi abidələrə aid fotoşəkillərin sərgisi, həmçinin dünya əhəmiyyətli abidələrdən birində "İçərişəhərin dünəni və bugünü" adlı sərgi təşkil ediləcək.

Bundan başqa, oktyabrın 11-də Şuşa şəhərinə, oktyabrın 12-də isə Şəki şəhərinə əsasən xarici qonaqların iştirakı ilə səfər nəzərdə tutulur.