Ermənistan hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəşlə ölüb
Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.
“Birxeber.Az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hadisə noyabrın 15-də hərbi hissələrdən birində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.