ABŞ nümayəndəsi CQD-nin Məşvərət Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib

ABŞ nümayəndəsi CQD-nin Məşvərət Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib

ABŞ-ın Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Azərbaycanda səfərdədir.

Birxeber.Az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Bakıda hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

"O, həmçinin ABŞ-ı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısında təmsil edəcək, COP29-a ev sahibliyi edən Azərbaycanın vacib rolu barədə müzakirələr aparacaq", - səfirliyin məlumatında qeyd olunub.