İsrail KİV: “İran regionu təhdid edir, İsrailin Azərbaycan və Bəhreynlə yaxınlaşmasından narazıdır”

İsrail KİV: “İran regionu təhdid edir, İsrailin Azərbaycan və Bəhreynlə yaxınlaşmasından narazıdır”

İran İsrailin Azərbaycan və Bəhreynlə münasibətlərini yaxşılaşdırmasını açıq-aşkar şəkildə qəbul etmir. O, qonşularını təhdid etmək yolu ilə İsrailin diplomatik uğurunun qarşısını almağa çalışır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzetində dərc olunan məqalədə deyilir.

Məqalə müəllifləri İran mətbuatındakı məqalələri təhlil edir və İranın İsrailin Qafqazdakı rolundan narahatlığından bəhs edən materiallara istinad edirlər: “Xüsusən də İranın “Fars News” qəzetinin baş məqaləsində Azərbaycanla bağlı tənqidlər yer alır və İranın İsrailin sərhədləri yaxınlığında olmasına dözməyəcəyinə dair fikirlər səsləndirilir”.

“Fars News”un məqaləsində bildirilib ki, İran İslam Respublikası sionist rejimin milli təhlükəsizliyinə qarşı yönəlmiş iştirakına və fəaliyyətinə dözməyəcək və bununla bağlı hər cür lazımi tədbir görəcək.

Bildirilib ki, Tehran həmçinin Bakını heç bir xarici dövlətin onun siyasətinə təsir etməyə imkan verməməyə çağırır: “Bu, Azərbaycanın Türkiyə və İsraillə sıx əlaqələrinə cavabdır”.

“Azərbaycan uzun illərdir İsrailyönümlü hərəkatlara və hətta sionizmin regionda birbaşa mövcudluğuna sponsorluq edir. O unudub ki, bu regionda ciddi və tarixi böhranlar zamanı bu ölkənin ərazi bütövlüyünü qoruyub saxlayan və regiondankənar güclərin bu regionda strateji nizamı pozmasına imkan verməyən məhz İran olub”, - “Fars News” iddia edib.

İranın “Tasnim news” nəşrində isə Bəhreyndəki müxalif fəallara istinadən məqalə dərc olunub.

“Jerusalem Post”un yazarları hesab edirlər ki, bu iki məqalənin ümumi tendensiyası həm Bəhreynə, həm də Azərbaycana xəbərdarlıq etmək məqsədi daşıyır: “Təsadüfi deyil ki, İran regionda qorxu yaymaq üçün hipersəs raketlər kimi yeni silahlardan bəhs edir. Tehran İsrailin regionda ən qabaqcıl hava hücumundan müdafiə sistemlərinə malik olduğunu bilir. Odur ki, o, yeni raketlərin tezliklə hava hücumundan müdafiə sistemlərindən yayınacağını bəyan edib. İslam Respublikası yaxın keçmişdə də İsraili yüksəkdəqiqlikli hərbi sursatlarla hədələməyə çalışıb. Bununla İran hər iki cinahdan – qurudan və dənizdən həmsərhəd olduğu, cəbhəyanı dövlətlər kimi baxdığı həm Azərbaycana, həm də Bəhreynə ismarış verməyə çalışır. Yəni, İran regionu təhdid edə bilər”.

Məqalədə sonda vurğulanıb ki, İran daxildə etirazlarla üzləşdiyi və ona daha yaxın olan ölkələrin təhlükə yarada biləcəyindən narahat olduğu bir vaxtda, İsrailin həm Bəhreyn, həm də Azərbaycanla əlaqələrini genişləndirməsindən getdikcə daha çox narahatdır, çünki mövcud vəziyyət rəsmi Tehranın adi rolunu dəyişir.

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib

Ceyhun Bayramov Azərbaycan Prezidentinə təşəkkür edib

Xarici siyasət Xarici siyasət
Blinken nazirlərin ABŞ görüşündən yazıb: “Əldə olunan irəliləyişlərdən razıyam”

Blinken nazirlərin ABŞ görüşündən yazıb: “Əldə olunan irəliləyişlərdən razıyam”

Xarici siyasət Xarici siyasət
"Prezident İlham Əliyev Əlcazairdə Fransa və Ermənistanı ifşa etdi" - RƏY

"Prezident İlham Əliyev Əlcazairdə Fransa və Ermənistanı ifşa etdi" - RƏY

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik"

Ayxan Hacızadə: "Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik"

Xarici siyasət Xarici siyasət
Məzahir Pənahov Qazaxıstana gedib, növbədənkənar parlament seçkilərini müşahidə edəcək

Məzahir Pənahov Qazaxıstana gedib, növbədənkənar parlament seçkilərini müşahidə edəcək

Xarici siyasət Xarici siyasət
UNESCO baş direktorunun müavini Azərbaycana təşəkkür edib

UNESCO baş direktorunun müavini Azərbaycana təşəkkür edib

Xarici siyasət Xarici siyasət
Professor: "Tovuz döyüşlərində olduğu kimi, yenə də məqsəd KTMT-ni proseslərə cəlb etməkdir"

Professor: "Tovuz döyüşlərində olduğu kimi, yenə də məqsəd KTMT-ni proseslərə cəlb etməkdir"

Xarici siyasət Xarici siyasət
ABŞ tarixçisi: “Xocalı faciəsini insanlara izahı belə, dəhşətlidir”

ABŞ tarixçisi: “Xocalı faciəsini insanlara izahı belə, dəhşətlidir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Mərakeş Kralına təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti Mərakeş Kralına təbrik məktubu ünvanlayıb

Xarici siyasət Xarici siyasət
Qırğızıstanın Baş prokuroru Azərbaycana gəlib

Qırğızıstanın Baş prokuroru Azərbaycana gəlib

Xarici siyasət Xarici siyasət
Sergey Lavrov: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetimizdir"

Sergey Lavrov: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prioritetimizdir"