Nazir: Müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olmasında qeyri-qanuni heç nə yoxdur

Nazir: Müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olmasında qeyri-qanuni heç nə yoxdur

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin dərsdən sonra repetitorluqla məşğul olması məsələsinə aydınlıq gətirib.

“Birxeber.Az”un məlumatına görə, nazir bu gün keçirdiyi brifinqdə bildirib ki, normalda müəllim özü dərsdən sonra qalaraq şagirdlə məşğul ola bilər.

Onun sözlərinə görə, burada qeyri-qanuni heç nə yoxdur: "Bu ondan qaynaqlanır ki, uzun müddət müəllimin maaşı yüksək olmayıb. Ona görə bəzi müəllimlər repetitorluq ediblər. Biz ona görə sertifikasiya edib müəllimlərin maaşını artırmağa çalışırıq. Bununla biz müəllimlərin məktəblərdə ödənişli əsasla repetitorluq etməsinin qarşısını alacağıq. Mənim fikrimcə, müəllim öz sinfində öz şagirdlərinə ödənişli formada dərs keçməməlidir”.