"Turan Tovuz"un futbolçusu CAR millisinə çağırılıb
"Turan Tovuz" klubunun futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.
"Birxeber.Az"un məlumatına görə, 31 yaşlı müdafiəçi yoldaşlıq oyunları üçün yığmaya cəlb olunub.
Qeyd edək ki, CAR yığması noyabrın 17-də Mozambik, üç gün sonra isə Anqola ilə üz-üzə gələcək.