Qəzzada humanitar yardım gözləyən fələstinlilərin olduğu ərazi bombalanıb, azı 70 nəfər ölüb

Qəzzada humanitar yardım gözləyən fələstinlilərin olduğu ərazi bombalanıb, azı 70 nəfər ölüb

Bu gün səhər saatlarında İsrail qüvvələri Qəzzada humanitar yardım gözləyən fələstinlilərin olduğu izdihama zərbə endirib, ən azı 70 nəfər həlak olub.

APA "arab-news"a istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində 280 nəfər yaralanıb.

İsrail ordusunun sözçüsü isə bildirib ki, ordunun həmin məkana hər hansı zərbə endirməsi və atəşə tutması barədə məlumat yoxdur.

Qəzzadakı səhiyyə qurumunun sözçüsü Əşrəf əl-Qidra bildirib ki, hadisə anklavın şimal hissəsində, Qəzza şəhərinin qərbindəki əl-Nabusi dairəsində baş verib.

Səhiyyə qurumu qeyd edib ki, oktyabrın 7-dən bəri İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı sayı 30 035-ə yüksəlib, 70 457 nəfər yaralanıb.