Nazir: Bu il daha 25-30 min müəllim üçün sertifikatlaşdırılma prosesi keçiriləcək

Nazir: Bu il daha 25-30 min müəllim üçün sertifikatlaşdırılma prosesi keçiriləcək

“2024-cü ildə əlavə olaraq, 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi keçiriləcək”.

APA xəbər verir ki, bunu barədə elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.

Emin Əmrullayev əlavə edib ki, bugünədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqısına 10 faiz, 8 min təhsilverənin əməkhaqqısına isə 35 faiz əlavə edilib.

2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqqılarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsatin ayrılması nəzərdə tutulub.