Cari ilin I yarısında "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşacaq

Cari ilin I yarısında "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşacaq

Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq.

"Birxeber.Az-Economics” xəbər verir ki, bunu Bakı Metropolitenində keçirilən “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” panel konfransında "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.

"Stansiyada artıq üzlük işlərinə başlamışıq. Stansiya divarlarında, orta zalda müvafiq işlər gedir", - deyə H. Məmmədov əlavə edib.