Nazir müavini: Ekoloji nəqliyyat vasitəsi olan metrodan istifadə aktuallaşıb

Nazir müavini: Ekoloji nəqliyyat vasitəsi olan metrodan istifadə aktuallaşıb

Bu gün bütün dünyada ən təmiz və ekoloji nəqliyyat vasitəsi hesab olunan metrodan istifadənin təşviqi məsələsi aktuallaşıb.

APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, Bakı metropoliteni hazırda yüksək templə inkişaf edir.

O xatırladıb ki, bu il COP29 Azərbaycanda keçiriləcək:

"Bu il həm də Prezidentin Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bütün bunlar göstərir ki, dövlətimiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə önəm verir və bu istiqamətdə əməli işlər görür. Sözsüz ki, həyata keçirilən işlər və metrodan istifadənin genişlənməsi ətraf mühitin qorunmasına və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək", - deyə nazir müavini əlavə edib.