Berbok: Azərbaycan və Ermənistan sülh müqaviləsinə doğru cəsarətli yolla gedirlər

Berbok: Azərbaycan və Ermənistan sülh müqaviləsinə doğru cəsarətli yolla gedirlər

"Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik".

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" hesabında bildirib.

"Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli və eyni zamanda çətin bir yolla gedirlər. Biz federal hökumət olaraq mümkün olan hər yerdə sülh danışıqlarını dəstəkləyirik. Beləliklə, yaralar sağalar və insanlar sülh qazanar. O istiqamətə gedən yolda hər metr önəmlidir", - almaniyalı nazir vurğulayıb.

Xatırladaq ki, dünən və bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilir. Fevralın 28-də nazirlər arasında ikitərəfli və Almaniya XİN rəhbərinin iştirakı ilə üçtərəfli görüş baş tutub.