Kilan Lebon "Qarabağ"la oyunun "Neftçi" üçün ağır olacağını düşünür

Kilan Lebon "Qarabağ"la oyunun "Neftçi" üçün ağır olacağını düşünür

Bizim üçün ağır qarşılaşma olacaq.

"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kilan Lebon Premyer Liqanın XXV turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə mətbuat konfransında danışarkən deyib.

26 yaşlı yarımmüdafiəçi iki komanda arasında rəqabətin olduğunu söyləyib: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bunun üçün yaxşı oyunçularımız da var. Amma hər şey bəzən istədiyimiz kimi olmur".

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu martın 3-də, saat 19:00-da başlayacaq.