Əmək müqavilələrinin sayı 38 faiz, əməkhaqqı fondu 2,7 dəfə artıb

Əmək müqavilələrinin sayı 38 faiz, əməkhaqqı fondu 2,7 dəfə artıb

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib. Ötən il ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 mln. 809 minə çatıb.

APA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-cü ildə əməkhaqqı fondunda daha 15 faiz artım qeydə alınıb.

"Ümumilikdə 2018-2023-cü illər ərzində əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib", - deyə məlumatda qeyd edilib.