Nazir valideynləri övladlarını qızılcaya qarşı vaksinasiya etdirməyə çağırıb

Nazir valideynləri övladlarını qızılcaya qarşı vaksinasiya etdirməyə çağırıb

Son aylar ərzində ümumtəhsil müəssisələrində qızılca xəstəliyinə yoluxmanı ciddi izləyirik.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, xəstəliklə əlaqəli məktəblərin fəaliyyətinin dayandırılması və onlayn rejimə keçirilməsi məqsədəuyğun deyil:

"Valideynləri vaxtında övladlarını vaksinasiya etdirməyə çağırıram. Çünki vaksin qızılcaya yoluxmanın qarşısını alır".