"Liverpul" Alonsoya 3 illik müqavilə təklif edib

"Liverpul" Alonsoya 3 illik müqavilə təklif edib

İngiltərənin "Liverpul" klubu Almaniyanın "Bayer 04" komandasında işləyən Xabi Alonsoya 3 illik müqavilə təklif edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

42 yaşlı mütəxəssisin nümayəndələri ilə Mersiyasyd təmsilçisi arasındakı danışqlar müsbət gedir. İspaniyalı baş məşqçi razılıq əldə etsə belə, Yurgen Klopp vəzifəsindən gedənə qədər bu barədə ictimaiyyətə məlumat verilməyəcək.

Qeyd edək ki, daha əvvəl Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. Alonso "Bavariya"nın baş məşqçi postuna da namizəddir. "Bayer 04" hazırda Almaniya Bundesliqasında 61 xalla liderdir.